ABŞ və Qazaxıstan iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədirlər

ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirmək niyyətlərini bəyan ediblər.

Trend xəbər verir ki, tərəflər iqtisadi əlaqələrin gücləndirilməsinə dair ortaq öhdəliklərinə sadiqliyin ifadə edib və işçilərin hüquqları, rəqəmsal ticarət, kənd təsərrüfatı standartları və ticarətin asanlaşdırılması kimi ümumi maraqların əsas sahələrini müzakirə ediblər.

ABŞ Ticarət Nümayəndəsi hər iki ölkədə iqtisadi təhlükəsizliyi və işçilərin rifahını artıran inklüziv, işçiyönümlü ticarət siyasəti üçün öz baxışını açıqladı, həmçinin Vaşinqton administrasiyasının ABŞ-ın Mərkəzi Asiya ilə ticarət əlaqələrini dərinləşdirməyə sadiqliyini vurğuladı.

Bundan əlavə, Tai Ümumdünya Ticarət Təşkilatının qarşıdan gələn nazirlər konfransına sədrlik etdiyi üçün Qazaxıstana təşəkkür edib.

Teqlər: