ABŞ və İsrail Qəzza zolağında təxribat törədərək öz tabutlarına praktiki olaraq daha çox mismar vurur.
AzerTimes “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami deyib.
O, İsrailə xəbərdarlıq edib ki, xəstəxanaların döyüş meydanına çevrilməsi nailiyyət deyil, cinayətdir:
“ABŞ və İsrailin Qəzzaya qarşı müharibəsi son nəticədə onların məğlubiyyətilə bitəcək. Bütün regionda ABŞ-a nifrət artır və Amerika rəsmiləri müsəlman ölkələrinə səfər etməyə cəsarət etmirlər.
Vaşinqton son 45 ilin səhvlərini təkrarlayır və yanlış olaraq işğal yolu ilə qələbə qazana biləcəyinə inanır”.