ABŞ-ın müdafiə naziri Llyod Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat yayıb.
Qeyd olunub ki, Ostin Qalanta ABŞ-ın İsrailə sarsılmaz dəstəyi haqqında danışıb.
Pentaqon nümayəndəsinin sözlərinə görə, nazirlər yaxın gün və həftələrdə əlaqə saxlamağa razılaşıblar.