İran və ABŞ arasında ticarət dövriyyəsi 2022-ci ilin ilk doqquz ayında 41% artıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Statistikaları üzrə Federal Bürosu məlumat yayıb.
Büro bu ilin sentyabrında İrandan ABŞ-a mal ixracının artdığını bildirib.
Ümumilikdə, 2022-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövründəki 29,9 milyon dollara qarşı 42 milyon dollar təşkil edib.
Göstərilən dövrdə ABŞ-ın İrana ixracının həcmi 2021-ci ildəki 29,3 milyon dollarla müqayisədə 31,3 milyon dollar təşkil edib. ABŞ-ın İrandan idxalının həcmi də xeyli artıb: əgər ötən ilin ilk 9 ayında cəmi 0,6 milyon dollarlıq mal idxal edilibsə , sonra bu ilin eyni dövründə 10,9 milyon dollar idxal olunub. Bu göstərici 2021-ci illə müqayisədə 18 dəfə artıb.