ABŞ və Fransa Rusiyaya ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqlarını bəyan etməyiblər – Zaxarova

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya
tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün
bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar
göndərməyiblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”, –
deyə M.Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Paris “ATƏT-in Minsk Qrupunun
üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini” faktiki olaraq
iflic ediblər.

Teqlər: