ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 36 saat ərzində Hizbullah ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Livandakı mənbələrə istinadən məlumat yayıb.
Fransa prezident administrasiyasından isə bildirilib ki, Livanda atəşkəslə bağlı müzakirələrdə əhəmiyyətli irəliləyiş əldə edilib.
“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, – bəyanatda deyilir.