ABŞ və Fransa ATƏT Minsk qrupunda Rusiya ilə əməkdaşlıqdan imtina edib – Lavrov

ABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk qrupunun həmsədrliyi
çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib.

Trend-in
məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov
deyib.

“ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi
ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm.
Çünki bizim bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız
bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT
Minsk qrupunun həmsədrlər üçlüyünü də ləğv ediblər”, – S.Lavrov
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: