ABŞ və Çindəki milyarderlərin sayı açıqlandı

ABŞ və Çindəki milyarderlərin sayı açıqlandı

Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.

AzerTimes xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.

Sənədə görə ABŞ-da son 5 ildə milyonçuların sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonçuların təxminən üçdə biri ABŞ-da yaşayır.

Siyahıda ikinci yerdə gələn Çindəki milyonçuların sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.

Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.

Teqlər: