ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, görüş zamanı Ukrayna və Tayvandakı vəziyyət müzakirə edilib. Həmçinin təmasların davam etdirilməsi barədə razılığa gəliblər.