ABŞ prezidenti Co Bayden Çin Xalq Respublikasının sədri Si
Cinpinlə telefonla danışıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, danışıq zamanı C.Bayden Ukraynadakı vəziyyətin
diplomatik yolla nizamlanmasının tərəfdarı olduğunu bildirib.
“Prezident böhranın diplomatik yolla həllinə tərəfdar olduğunu
vurğulayıb”, – deyə qeyd olunub.
Ağ Ev bildirib ki, C.Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı
sorğularla Si Cinpinə müraciət etməyib. O, vəziyyətlə bağlı öz
qiymətini verib”.