ABŞ və Çin münaqişəyə müdaxilə etməlidir!

ABŞ və Çin münaqişəyə müdaxilə etməlidir!

ABŞ və Çin Ukraynadakı münaqişənin həlli üçün müdaxilə etməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri İtaliyanın keçmiş baş naziri və Avropa Komissiyasının (AK) keçmiş rəhbəri Romano Prodi bildirib

Onun sözlərinə görə, ABŞ və Çin vəziyyəti nizamlayana qədər Rusiya ilə Ukrayna arasında danışıqları davam etdirmək çətin olacaq.

“Rusiya Prezidenti Vladimir Putinin bu gün elan etdiyi səfərbərlik o deməkdir ki, o, cəbhə xəttində məğlub olmaq istəmir və buna görə də qarşıdurma mövqe müharibəsinə çevrilib. Buna son qoymaq üçün Ukrayna və Rusiya arasında danışıqlar kifayət deyil, ABŞ və Çinin müdaxiləsi gərəkdir”, – deyə Prodi bildirib.

Teqlər: