Nensi Pelosinin Tayvana uçması ABŞ-Çin müharibəsinə təkan verirmi? Bu mümkündür? – Ola bilər. Amma nə dərəcədə? ABŞ və Çin indi sadəcə söz müharibəsi deyil, real müharibəyə hazırdırmı? Hər iki ölkəyə belə bir müharibə nə qədər lazımdır? Bəs yaşlı spikerin səfəri bunun üçün kifayət qədər əsasdırmı? Bu suallara mənfi cavab verirəm.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ-la Çin arasında ehtimal edilən müharibəni şərh edərkən deyib.
“Son illərdə gördüyümüz kimi, siyasi qərarların qəbulunda çox vaxt irrasional prinsip üstünlük təşkil edir”, – Puşkov bildirib.
Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Pelosinin Tayvana səfəri ətrafında ABŞ və Çin münasibətləri gərginləşib. Çin Tayvan yaxınlığında genişmiqyaslı təlimə başlayıb, ABŞ isə əraziyə donanma göndərib.