Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqlar üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edir.
AzerTimes xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyu deyib.
“ABŞ tərəfi Çinlə münasibətlərdə (müdafiə nazirlikləri səviyyəsində – red.) yaranan çətinliklərin səbəbini bilir. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”, – Penyu bildirib.