ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında
Vaşinqton vaxtı ilə cümə günü səhər telefon danışığı baş
tutacaq.
Trend xəbər verir ki, bu Ağ Evin mətbuat xidmətinin cümə günü
yaydığı cədvəldə öz əksini tapıb.
Qeyd olunur ki, danışıq yerli vaxtla səhər saat 9:00-a
planlaşdırılıb. Bundan iki saat sonra ABŞ prezidenti milli
təhlükəsizlik məsələləri üzrə komandası ilə müntəzəm brifinq
keçirəcək.
Məlumata görə, С.Bayden və S. Cinpinq digər məsələlərlə yanaşı
Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.