ABŞ və Çin deməsə, Rusiya dayanmayacaq – Zelenski

ABŞ və Çin deməsə, Rusiya dayanmayacaq – Zelenski

Ukrayna Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı qlobal risklərin episentrindədir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “San” nəşrinə müsahibəsində deyib.

“Mənə elə gəlir ki, ABŞ və Çin çox ciddi tonda Ukrayna ərazisini tərk etməyi deyənə qədər Rusiya hücumlara davam edəcək”, – Zelenski bildirib.

Zelenski, həmçinin, Moskvanı Yaxın Şərqdə vəziyyətin pisləşməsindən istifadə edərək Balkanlarda böhran yaratmağa cəhddə ittiham edib.

Teqlər: