ABŞ Prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında telefon danışığı təxminən 90 dəqiqə davam etdi və qarşılıqlı hörmət mühitində keçib.
AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
C.Psaki bildirib ki, telefon danışığı 90 dəqiqəyə yaxın davam edib:
“Söhbət açıq olub, C.Bayden fikir ayrılıqları olan sahələrdən çəkinməyib, lakin söhbətin tonu irad tutmaq şəklidə keçməyib. Söhbət hörmət mühitində keçib”.
O əlavə edib ki, bu telefon zəngin məqsədi ünsiyyət kanallarının açıq saxlaması olub.