Ötən gün ABŞ müdafiə nazirinin Hind-Sakit Okean regionunda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratnerlə Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və okean məsələləri departamentinin baş direktoru Yan Tao arasında danışıq olub.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər ABŞ-Çin müdafiə əlaqələri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Danışıqlar zamanı Ratner Pentaqonun ABŞ və Çin ordusu arasında əlaqə kanallarını açıq saxlamağa hazır olduğunu təsdiqləyib.