ABŞ və Böyük Britaniya Hizbullah və HƏMAS kimi qruplaşmaları dəstəklədiyinə görə SEPAH-ın Qüds qüvvələrinin bir neçə yüksək səviyyəli komandirinə sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi və ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin də adı sanksiyalar siyahısına salınıb.
Adları sanksiyalar siyahısına salınan 7 şəxsin arasında Qüds qüvvələrinin Fələstin bölməsinin komandirləri də var.