ABŞ və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin nümayəndələri erməni şair Yegişe Çarentsin abidəsi önünə güllər və bir neçə gün öncə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının şəkillərini qoyması son dərəcə təhqiramizdir.
AzerTimes xəbər verir ki, bu bəyanatla Ermənistanın “Milli” tarix-mədəniyyət ictimai təşkilatı çıxış edib.
“Böyük Britaniya və ABŞ nümayəndələrinin belə bir addım atması erməni xalqını öz geosiyasi proseslərinə cəlb etmək cəhdi, erməni ziyalılarının rolunu aşağılamaq, onun mədəni dəyərini aşağı salmaqdır. Biz hər iki səfirlikdən bu addıma aydınlıq gətirilməsini tələb edirik”, – bəyanatda qeyd olunub.