ABŞ və Böyük Britaniyanın müdafiə şirkətləri Rusiya və Çinin hipersəs raketlərinə qarşı müdafiə yaratmaq üçün çalışırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb.
“Kohort” şirkətinin rəhbəri Endi Tomis deyir ki, onun firması səsdən beş qat sürətlə hərəkət edən silahları məhv etməklə bağlı layihə üzərində işləyir.
“Raytheon Missiles & Defense” şirkətinin rəhbəri Uesu Kremer isə vurğulayıb ki, onun firması çox güman ki, peykdən istifadə edərək kosmosdan raketlərin izlənməsinə diqqət yetirəcək.