Sursat çatışmazlığı səbəbindən Ukrayna müdafiəyə keçid üçün üç istehkam xətti yaratmağa hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova deyib.
“Silah yoxdursa, biz artıq istehkamlar hazırlayırıq – üç xətt üzrə istehkam… Xüsusən qışda müdafiə müharibəsinə keçəcəyik”, – o bildirib.
Ustinova əlavə edib ki, dünyada mərmi tükənmək üzrədir.
Onun sözlərinə görə, ABŞ və Avropa qüvvələrini birləşdirsə belə, Rusiya qədər sursat istehsal edə bilməzlər.