ABŞ Ukraynaya yenidən kaset mərmiləri göndərir

ABŞ Ukraynaya yenidən kaset mərmiləri göndərir

ABŞ hakimiyyəti tezliklə Kiyevə kaset sursatlarının daha bir partiyasını göndərmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ rəsmilərinə istinadən yazıb.

“ABŞ Prezidenti Co Bayden administrasiyası iki ay sonra yenidən Ukraynaya kaset sursatlarının tədarükünü planlaşdırır. ABŞ Ukraynanın silah-sursatının tükənməyəcəyinə zəmanət vermək niyyətindədir”, – məlumatda qeyd olunub.

Nəşr yazıb ki, ABŞ ümumilikdə Ukraynaya nə qədər kaset mərmisi verildiyini açıqlamayıb və belə bir niyyəti də yoxdur.

Teqlər: