ABŞ Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yeni yardım paketinə HİMARS-lar üçün əlavə sursatlar, 105 və 155 mm-lik artilleriya sursatları, TOW raketləri, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, lazerlə idarə olunan raket sistemləri üçün sursatlar, zirehli körpü sistemləri, zirehli sanitar maşınları və digər texnikalar daxildir.