ABŞ Ukraynaya yardımı dayandırsa da… – Hesabat

ABŞ Ukraynaya yardımı dayandırsa da… – Hesabat

ABŞ-ın Ukraynaya müvəqqəti yardım büdcəsini dayandırması dəstəkdən imtina demək deyil.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin hesabatında bildirilib.

“Ukraynanın qələbəsi ABŞ-ın milli təhlükəsizliyi məsələsidir və buna nail olmaq üçün Ukraynanın davamlı yardıma ehtiyacı var – həm hərbi, həm də birbaşa büdcə, enerji, humanitar və s. Ukraynaya yardımın müvəqqəti büdcəyə daxil edilməməsi ABŞ-ın bundan imtina etməsi demək deyil. Bu, ABŞ-ın müttəfiqi kimi sistematik yardım göstərdiyi İsrailə də aiddir”, – hesabatda qeyd olunub.

Teqlər: