ABŞ Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün silahlarının istifadəsinə qoyulan qadağanı hələ də aradan qaldırmayıb.
AzerTimes xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
O, ABŞ-ın Ukraynanı dəstəkləmək üçün ukraynalı tərəfdaşları və dünya üzrə müttəfiqləri ilə yaxından işləməyə davam edəcəyinə söz verib:
“Bizim siyasətimiz dəyişməyib. Bildirdik ki, ukraynalılar ABŞ-ın köməyindən transsərhəd hücumlardan müdafiə, yəni əks-hücum üçün istifadə edə bilər. Uzaq məsafədən zərbələrə, Rusiyaya qarşı dərin zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməyib”.