ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Amerika istehsalı olan silahlarlarla Rusiya ərazisinə endirdiyi zərbələrin diapazonunun artacağını istisna etmir.
AzerTimes xəbər verir ki, bu barədə Blinken Praqada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz nə etmişiksə, onu da davam etdiririk. Yəni, lazımı formada Ukrayna strategiyamızı adaptasiya və korrektə edirik”, – deyə o, Vaşinqtonun Ukrayna ordusunun Amerika silahları ilə Xarkov yaxınlığındakı Rusiya şəhərlərini vurmasına icazə verib-verməməsi ilə bağlı suala cavabında bildirib.