Ukraynanın davamlı hücumları Rusiyanın hava hücumundan müdafiəsini genişləndirərək, Kremli nədən müdafiə olunacağına qərar vermək məcburiyyətində qoyur.
AzerTimes xəbər verir ki, bu barədə “Biznes insayder” nəşri məlumat yayıb.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun Rusiya üzrə eksperti Corc Barros hesab edir ki, Rusiya öz hava hücumundan müdafiəsini yalnız Ukraynaya ən yaxın ərazilərdə təşkil edib, arxa bölgələr isə hücuma açıqdır. Bu da ukraynalıların Rusiya hava hücumundan müdafiəsinin birinci xəttini keçməsi üçün kifayət edir, çünki arxa bölgələr lazımi şəkildə qorunmur.
“Uzaq mənzilli kamikadze dronların istehsalını artırmaqla yanaşı, Ukrayna Rusiyanın bir çox hava hücumundan müdafiə sistemlərini də məhv edib ki, bu da ruslar üçün problemi artırır. Ekspertlər bildirirlər ki, Ukrayna Rusiyada getdikcə daha çox hədəfləri vurmaqla düşməni özünü tam olaraq harada müdafiə edəcəyi barədə düşünməyə vadar edir. Ukraynanın dezavantajı yalnız ABŞ-ın ukraynalıların Rusiyaya zərbələr endirmək üçün uzaq mənzilli silahlardan istifadə etməsinə mane olmasıdır. Bu, Ukraynaya raket və bomba atan Rusiya təyyarələrini qoruyur”, – nəşr yazıb.
Rusiya və Ukrayna üzrə britaniyalı ekspert Maykl Klark Ukraynanın Rusiyaya qarşı hücum taktikasını belə təsvir edib:
“Əvvəlcə ukraynalılar Rusiyanın hava hücumundan müdafiə şəbəkəsinə hücum edir, sonra isə şəbəkədə yaratdıqları dəliklərdən hava bazalarını və ya dəniz bazalarını vurmaq üçün istifadə edir”.