ABŞ Ukraynaya qoşun göndərməyəcək – Ağ Ev

ABŞ Ukraynaya qoşun göndərməyəcək – Ağ Ev

ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Eydrien Uotson söyləyib.

“Prezident Bayden ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib”, – deyə o bildirib.

Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.

Teqlər: