Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-Ukrayna danışıqları hazırda ilkin mərhələdədir, proses bir neçə ay çəkəcək.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinkenin sözlərinə görə, ABŞ və digər ölkələr Ukraynaya potensial təcavüzün qarşısını almağa, lazım gələrsə, onu müdafiə etməyə qadir olan gələcək hərbi qüvvələrini qurmağa kömək etməlidir:
“Bu vacibdir, çünki biz əmin olmaq istəyirik ki, Ukrayna təkcə bu gün yox, uzunmüddətli perspektivdə aqressiyadan çəkindirə bilsin. Hazırda bu məsələlərin ətraflı müzakirəsi yeni başlayır”.