ABŞ Ukraynaya ordu göndərməyə hazırdır – Tusk

ABŞ Ukraynaya ordu göndərməyə hazırdır – Tusk

ABŞ münaqişə bitdikdən sonra təhlükəsizliyin təmin edilməsi üçün Ukraynaya qoşun göndərməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Onun sözlərinə görə, ABŞ ilk dəfədir ki, bu məsələdə razılığını bəyan edib:

“Atlantik okeanının o biri tərəfindəki tərəfdaşlarımızın nə qədər ardıcıl olduğunu görəcəyik, amma bu, bizə danışıqların uğurlu olacağına ümid verir”, – Tusk bildirib.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski bir gün əvvəl ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra 20 maddəlik sülh planındakı iki məsələnin həll olunmamış qaldığını bildirmişdi. Bu məsələlər Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlıdır.

O, sülh planının 90 faizinin tamamlandığını qeyd edib.

Teqlər: