ABŞ Ukraynaya 350 milyon dollar dəyərində yeni hərbi yardım paketini qəbul edib.
AzerTimes xəbər verir ki, bu haqda Entoni Blinken öz açıqlamasında danışıb.
Yardım paketinə Ukraynaya HIMARS, haubitsə və “Bradley” piyada döyüş maşınlarının, HARM raketlərinin, tank əleyhinə silahların, çay qayıqlarının verilməsi aiddir.