ABŞ Ukraynaya müdafiə üçün yardım göndərməyə davam edəcək – Bayden

Vaşinqton Kiyevə müdafiə yardımı göndərməyə davam edəcək.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden
bildirib.

“Biz görəcəyik. Onların hərəkətlərinin nə olduğunu görməyincə
heç nə proqnozlaşdırmayacağam”, – deyə C.Bayden Rusiya Müdafiə
Nazirliyinin Kiyev və Çerniqov şəhərləri istiqamətində hərbi
fəallığı əsaslı şəkildə azaltmaq qərarını şərh edərkən deyib.

Eyni zamanda o, İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən
danışıqlardan da danışıb.

“Onların nə etdiklərini öyrənəcəyik, lakin bu arada biz güclü
sanksiyaları davam etdirəcəyik, Ukraynaya özünü müdafiə
vasitələrini verməyə və baş verənləri diqqətlə izləməyə davam
edəcəyik”, – deyə C.Bayden bildirib.