ABŞ tezliklə Ukraynaya kaset bombalarının tədarükünü elan edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfi Avropa dövlətlərinin narazılığına baxmayaraq sözügedən sursatların tədarükündə israr edir. ABŞ isə artıq tədarüklə bağlı razılıq verib.
“Çərşənbə günü ABŞ administrasiyasının nümayəndəsi anonimlik əsasında bunu təsdiqlədi”, – deyə bildirilib.