Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisində ABŞ silahlarından istifadə etmək üçün hazırkı icazələr kifayət deyil.
AzerTimes xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
Conson bildirib ki, Vaşinqton Ukraynadakı hərbi səyləri mikro idarə etməyi dayandırmalıdır. O, məsələni Bayden administrasiyası qarşısında qaldırmağı planlaşdırır:
“Bu barədə artıq danışmışam, yenə də deyirəm. Bu barədə Ağ Evlə danışıqlarımız olacaq”.