ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar
ayıracaq.
Trend xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
(USAID) administratoru Samanta Pauer Ukraynaya yardım üçün donorlar
konfransında deyib.
“Bu gün mən Ukraynaya 397 milyon ABŞ dolları məbləğində əlavə
humanitar yardımın ayrılmasını məmnuniyyətlə elan edirəm”, – deyə
S.Pauer bildirib.
Beləliklə, hərbi əməliyyatlar başlayandan bəri ABŞ-ın Ukraynaya
göstərdiyi ümumi humanitar yardım 690 milyon dollara çatıb.