ABŞ Ukraynaya humanitar yardım üçün 1 milyard dollar ayırır və
bu ölkədən 100 minə qədər qaçqını qəbul etməyə hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden
deyib.
“Bu gün mən ABŞ-ın 1 milyard dollardan çox humanitar yardım
göstərməyə hazır olduğunu bəyan edirəm”, – deyə C.Bayden
bildirib.
Bundan əlavə, ABŞ Ukraynadan 100 minə qədər qaçqını qəbul etməyə
hazırdır: “Biz həmçinin 100 min ukraynalını ABŞ-da qəbul edəcəyik
və diqqətimizi ailələrin birləşməsinə yönəldəcəyik”.