Biz başqa paketlər üzərində işləyirik. Düşünürəm ki, maliyyələşdirmə fasiləsindən öncə olduğumuz tempə qayıtmağımızı gözləyə bilərsiniz.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hücumu fonunda ABŞ-ın Ukraynaya silah ötürülməsini sürətləndirməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualı cavablandırarkən deyib.
Dövlət Departamentinin sözçüsü xatırladıb ki, Vaşinqton bu yaxınlarda 1 milyard dollardan çox yardım paketi elan edib:
“Biz yeni yardım paketlərinin açıqlanmasını gözləməliyik”.