ABŞ Ukraynaya hərbi hava hücumundan müdafiə vasitələrinin daha tez çatdırılması üçün Romaya təzyiq edir.
AzerTimes xəbər verir ki, bu barədə “La Republika” nəşri Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təzyiq xüsusilə SAMP-T zenit-raket sistemlərinə görədir.
Xatırladaq ki, Almaniya, ABŞ və Fransa artıq zirehli texnikanın Ukraynaya göndərilməsini elan edib. Ancaq İtaliya hələ Kiyevə növbəti silah tədarükü ilə bağlı altıncı fərmanı qəbul etməyib.