ABŞ Ukraynaya elə texnologiya verir ki… – VP

ABŞ Ukraynaya elə texnologiya verir ki… – VP

ABŞ idarə olunmayan təyyarə sursatlarını ağıllı bombalara çevirən qabaqcıl elektron avadanlıqları Ukraynaya göndərməyi planlaşdırır. Bu cihazlarla Rusiya hərbi mövqelərini yüksək dəqiqliklə vurmaq mümkündür.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” yüksək rütbəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Ukraynanın alacağı dəstlərə GPS-lər də daxildir. Onları “Birgə Birbaşa Hücum Sursatına” (JDAM) çevirmək üçün müxtəlif növ silahlara bərkitmək olur. ABŞ ordusu əvvəllər bu texnologiyadan çəkisi 900 kq-a qədər olan aviasiya bombaları üçün istifadə edib”, – məlumatda deyilib.

Nəşr qeyd edib ki, Ukrayna Hərbi Hava Qüvvələri əsasən sovet dövründən qalma MiQ-lərdən istifadə edir:

“Pentaqon pilotlar və texniki qulluqçular üçün kompleks yeni təlimlər tələb edən daha yeni Qərb təyyarələri vermək əvəzinə, həmin təyyarələri modernləşdirməyin yollarını axtarır. JDAM-ların çatdırılması Vaşinqtonun Ukraynaya Rusiya birliklərini və qərargahlarını hədəf almaqda böyük yardım olacaq”.

Teqlər: