Vaşinqton Ukraynaya humanitar yardım məqsədilə əlavə olaraq 45 milyon dollar ayırıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, yardım ölkədə münaqişələrdən əziyyət çəkən 3,4 milyon ukraynalıya dəstək məqsədilə istiqamətləndiriləcək. Ayrılan vəsait insanların ərzaq, zəruri dərman, su və həyat üçün vacib olan digər şeylərlə təmin olunmasına sərf olunacaq.
“Maliyyələşdirməmiz həm də tərəfdaşlarımızın münaqişə səbəbindən ayrı düşən ailə üzvləri arasında əlaqənin qurulmasına kömək edəcək, bəzi hallarda isə mövzu onların yenidən birləşməsindən gedir”, – açıqlamada bildirilir.