ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yaydığı məlumatda deyilir.
“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü, o cümlədən energetika sisteminin təmiri üçün 400 milyon dollar yardım ayırıb”, – agentliyin yaydığı mətndə bildirilib.