ABŞ Ukraynaya 600 milyon dollar dəyərində silah tədarük etmək niyyətindədir – Nensi Pelosi

ABŞ Ukraynaya 600 milyon dollar dəyərində silah tədarükünü
təsdiqləməyə hazırlaşır.

Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
bildirib.

“Ukrayna ilə bağlı vəziyyətdə biz xalqa humanitar yardım
göstərməyimizə, Ukraynaya 600 milyon dollar dəyərində müdafiə
vasitələrin göndərilməsinə diqqət yetiririk ki, onlar öz
mübarizələrini apara bilsinlər”, – N. Pelosi bildirib.