ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı ayrıldığını elan edib.
AzerTimes xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi məlumat verib.
O bildirib ki, yardım paketinə AIM-7, RIM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları, F-16-lar üçün dəstək ləvazimatları, zirehli körpü sistemləri ilə rabitə və nəqliyyat vasitələri daxildir.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Co Baydenin administrasiyasının yaxın vaxtlarda Ukraynaya 500 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin çatdırılmasını elan edəcəyi barədə məlumat yayılmışdı.