ABŞ çərşənbə axşamı Ukraynaya yeni hərbi yardımı elan edəcək. Buraya 4 HİMARS artilleriya raket sistemi daxildir.
AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi 625 milyon dollar civarındadır.
Bundan əlavə, döyüş sursatları, minalar, nəqliyyat vasitələri də bu paketə daxildir.