ABŞ Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketini elan edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumat yayıb.
Yeni yardım paketinə əlavə HİMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə idarə olunan TOW raketləri, AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.