ABŞ Ukraynaya 300 milyon hərbi yardım ayırır – Rəsmi

ABŞ Ukraynaya 300 milyon hərbi yardım ayırır – Rəsmi

20:25

ABŞ Prezident Administrasiyası Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Ceyk Sallivan mətbuat konfransında bildirib.

Sallivanın sözlərinə görə, Ukraynaya yeni hərbi yardım paketində digər hərbi sursatlarla yanaşı, HİMARS üçün artilleriya mərmiləri və GMLRS raketləri də yer alacaq.

Eyni zamanda, Ağ Ev Konqresdən Ukraynaya dəstək üçün maliyyə ayrılması ilə bağlı qanun layihəsinin tezliklə qəbulunu xahiş edib.

Bu, 2023-cü ilin dekabrından bəri ABŞ-dan Ukraynaya ilk hərbi yardım paketidir.

Qeyd edək ki, daha öncə “Röyters” agentliyi 400 milyon dollar hərbi yardım ayrılacağını yazmışdı.

Teqlər: