ABŞ Ukraynaya PUA-larla mübarizə və hava hücumundan müdafiəni gücləndirmək üçün yeni imkanlar təklif edən 275 milyon dollarlıq hərbi yardım paketi göndərməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edilir ki, Pentaqonun həmçinin HİMARS raketləri, 155 mm-lik döyüş sursatları, hərbi “Humvee” və generatorlar tədarük edəcəyi gözlənilir.
Xatırladaq ki, daha öncə ABŞ Ukraynaya mürəkkəb NASAMS zenit sistemləri göndərib.