ABŞ Ukraynaya 200 milyon dollar dəyərində silah tədarük
edəcək.
Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ
prezidenti Co Bayden ötən şənbə günü müvafiq fərmanı imzalayıb.
Bunun sayəsində atıcı silahlar, tank əleyhinə və zenit silahları ən
qısa zamanda Ukraynaya çatmalıdır.
Konkret məlumatın olmamasına rəğmən, tanklar və təyyarələrə
qarşı effektiv olan “Javelin” və “Stinger” sistemlərinin adı
hallanır.