ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar
məbləğində hərbi, humanitar və iqtisadi yardımı haqqında qanun
imzalayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə C.Bayden Vaşınqtonda çıxışı zamanı
deyib.
“Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı
göstərən sənədi imzaladım”, deyə ABŞ prezidenti bildirib.
Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım
üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə – Ukraynaya
humanitar və iqtisadi yardıma yönəldiləcək.