ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
O qeyd edib ki, Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırdığını deyib.
Yardım paketinə HİMARS reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və “Javelin” tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir.